Səudiyyə qiymətləri qaldıracağını açıqladı, neft bahalaşır

Bu gün ABŞ-ın neft ehtiyatlarının həcminə dair qeyri-rəsmi hesabat açıqlanacaq.

APA TV-nin xəbərinə görə, Amerika Neft İnstitutunun açıqlayacağı hesabat fonunda birjalarda “qara qızıl”ın qiyməti yüksəlməyə başlayıb.

Son 24 saat ərzində “Brent” markalı neftin maksimum qiyməti 56,49 dollar olub, səhər seanslarında isə bu rəqəm 56,30 dollar təşkil edib. Qərbi Texas nefti də dəyər qazanmağa başlayıb. Hazırda WTİ neftinin bir bareli 53,37 dollardan təklif olunur.

Küveytin gündəlik hasilatı 130 min, Omanın isə 45 min barel azaltması qiymətlərin yüksək həddə qalmasını təmin edir. Digər tərəfdən, Səudiyyə Ərəbistanı dünən bütün neft sortlarının qiymətini fevraldan bahalaşdıracağını bəyan edib. Bu amillər OPEK daxilində hasilatın azaldılması barədə razılaşmanın yerinə yetiriləcəyinə ümidləri artırıb. Lakin Liviyanın gündəlik hasilatı 900 min barelə çatdıracağı barədə xəbərlər OPEK amilinin bazara təsirini azaldır. Bu səbəbdən qiymətlərin həftə sonuna kimi 55-56 dollar ətrafında dəyişəcəyi proqnozlaşdırılır. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR