Dollar və rubl dəyişmədi, avro ucuzlaşdı - İLİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

APA TV-nin xəbərinə görə, ABŞ dollarının məzənnəsi 30 dekabr tarixi ilə müqayisədə dəyişməyərək 1,7707 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,8638 manatdır.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1841 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində artım baş verib.

Rus rublunun məzənnəsi dəyişməyib, türk lirəsi və gürcü larisi isə manat qarşısında zəifləyib. Açıqlanan rəsmi kursa əsasən, 1000 rus rublu 29 manat 30 qəpik, 100 türk lirəsi 49 manat 67 qəpik, 100 gürcü larisi 65 manat 64 qəpikdir.

Qeyd edək ki, Mərkəzi Bank xarici valyutaların məzənnələrinin həftə içi hər gün yeniləyir. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR