Gəncədə 24 yaşlı ana doğuşdan sonra öldü
Gəncədə ana doğuşdan sonra ölüb. APA TV-nin yerli bürosunun məlumatına görə, Tovuz rayon sakini 24 yaşlı Səkinə Məmmədova Gəncədə yerləşən Regional Perinatal Mərkəzdə yanvarın 4-ünə keçən gecə qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirib. Yanvarın 4-ü axşam saatlarında isə qəfildən qadının halı pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, S. Məmmədova böyrək xəstəliyindən əziyyət çəkirmiş. Onun dünyaya gətirdiyi oğlan uşağının vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
1499
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1661
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1625
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1109
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1205
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1139