Şəmkirdə toy karvanında ağır qəza: 9 nəfər yaralandı

Şəmkirdə ağır yol qəzası baş verib. Rayonun Abbaslı kəndi ərazisində toy karvanı ilə hərəkət edən “Opel” markalı avtomobil qarşı tərəfdən gələn “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə 9 nəfər xəsarət alıb. 28 yaşlı Səadət Məmmədova, 52 yaşlı Nurəddin Nağıyev, 24 yaşlı Ruslan İbrahimov, 39 yaşlı Könül Cabbarova, 28 yaşlı Şəhla Əhmədova, 9 yaşlı İsmayıl Qarayev, 8 yaşlı Fatimə Namazova, 5 yaşlı Gülay Namazova və Anar adlı digər azyaşlı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Yaralılardan böyüklər Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına, uşaqlar isə 2 saylı uşaq xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR