Gəncədə 4 otaqlı ev yandı
Gəncədə 4 otaqlı həyət evində yanğın olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində olan Gülzar Bayramovaya məxsus 126 nömrəli həyət evində qeydə alınıb. Ümumi sahəsi 136 kvadratmetr olan evin 100 kvadratmetr sahəsi, yəni iki otağı yanaraq yararsız hala düşüb. Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin hadisə yerinə cəlb olunan 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsinin köməyi ilə alovun qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 136 kv. metr olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 kv metr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı