Gəncədə 29 yaşlı qadın abort zamanı öldü

Gəncədə ölüm hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının ginekologiya şöbəsində qeydə alınıb. Goranboy rayon sakini, 1988-ci il təvəllüdlü Aslanova Gülşən Şəmsəddin qızı abort zamanı ölüb. Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR