Rumıniyanın sabiq prezidenti Moldova vətəndaşlığından məhrum edildi

Moldova prezidenti Iqor Dodon Rumıniyanın sabiq prezidenti, iki ölkənin birləşməsinin alovlu tərəfdarı olan Trayan Beseskunu ölkə vətəndaşlığından məhrum edib. APA TV-nin məlumatına görə, bu barədə öz "Facebook" səhifəsində yazan Moldova prezidenti bildirib ki, Rumıniyanın sabiq prezidentinə Moldova vətəndaşlığı qanunsuz olaraq verilib.

 

"Bundan başqa Besesku təfələrlə Moldova dövlətinin və moldovan millətinin mövcudluğunu qəbul etməkdən imtina edən açıqlamalar verib. Onu vətəndaşlıqdan məhrum etməklə məndən əvvəlki dövlət başçısının səhvini düzəltmiş oluram".

 

Xatırladaq ki, Trayan Besesku Moldova vətəndaşlığı üçün ötən ilin martında müraciət edib. İyunda Moldovanın sabiq prezidenti Nikolay Timofti bu müraciəti müsbət cavablandırıb. Rumıniyaya 10 il rəhbərlik etmiş Trayan Beseksu öz fəaliyyətinin üç əsas prioritetindən birinin Moldova və Rumıniyanın vahid dövlətdə birləşdirilməsi olduğunu açıqlamışdı.

 

Moldovanın indiki prezidenti İqor Dodon isə Rusiya ilə yaxınlaşma tərəfdarı kimi tanınır.


 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR