"Reina" terroru ilə bağlı saxlananların sayı 43 nəfərə çatdı

İstanbulda 39 nəfərin ölümü ilə nəticələnən terror aktına görə daha 27 nəfər saxlanılıb. APA TV-nin məlumatına görə, İzmirdə keçirilən əməliyyat zamanı 20 gün əvvəl Konyadan bu şəhərə gələn 3 qırğız və uyğur ailəsinin üzvləri həbs ediliblər.  Bu ailələrin Konyadan İzmirə gəldikdən sonra Reinada terror aktı tərədən şəxslə əlaqəsinin olub-olmadığı araşdırılır.

Bundan başqa Konyada da Reina terrorçusu ilə əlaqəsi olduğu güman edilən şəxslərin həbs olunması üçün əməliyyat aparılır. Xatırladaq ki, indiyə kimi İstanbulda Yeni İl gecəsi törədilən terror aktında iştirakı güman olunan 16 məfər həbs edilmişdi. İzmirdə keçirilən əməliyyatdan sonra bu terror aktı ilə əlaqədar saxlananların sayı 43 nəfərə çatıb.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün "Reina" gecə klubunda terror aktı törədən şəxsin kimliyinin müəyyən olunduğunu deyib. Lakin o, terrorçunun adını açıqlamayıb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR