Lənkəranda 4 il əvvəl itkin düşmüş qızı qardaşı öldürübmüş - TƏFƏRRÜAT
Lənkəranda 4 il öncə bacısını öldürən şəxs saxlanılıb. Rayonun hüquq-mühafizə orqanlarından APA TV-nin Cənub bürosuna verilən məlumata görə, 2013-cü ildə Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın itkin düşməsi barədə axtarış elan olunub. Həyata keçirilən istintaq hərəkətlərindən sonra axtarılan şəxsin qardaşı, 28 yaşlı Fuad Ağayev şübhəli şəxs qismində saxlanılıb. İstintaqa verdiyi ifadəsində Fuad Ağayev ailə münaqişəsi zəminində bacısını öldürdüyünü və meyiti qəsəbə ərazisində yaşayış olmayan yerdə basdırdığını boynuna alıb. Təranə Ağayevanın meyiti bu gün eksqumasiya olunacaq.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
1499
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1656
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1620
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1109
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1203
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1139