Türkiyədə fövqəladə vəziyyət daha 3 ay müddətinə uzadıldı

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay müddətinə uzadılıb. Türkiyə Böyük Millət Nəclisi fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.

 

Ölkədə fövqəladə vəziyyət rejiminin müddəti üçüncü dəfə artırılır. Hazırda tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti 19 yanvarda başa çatır. Bu rejim ilk dəfə ötən ilin iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub.  Ölkədə fövqəladə vəziyyət rejimi sonuncu dəfə oktyabrın 19-da üç ay müddətinə uzadılıb.  

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR