Neft bir gündə 2,5 dollar ucuzlaşdı

Birjalarda neftin qiyməti illik maksimumu yenilədikdən sonra yenidən ucuzlaşmağa başlayıb. Dünən bir illik fasilədən sonra "Brent" neftinin bir bareli 58,24 dollara çatıb, gecə seanslarında isə qiymətlər ucuzlaşaraq 55,87 dollara düşüb.

 

Qiymətlərin bir neçə saatda təxminən 2,5 dollar ucuzlaşması qiymətlərin korrektə edilməsi və Küveytin hasilatı azaltması xəbərinin bazara təsirinin qısa müddətli olması ilə əlaqədardır. Qərbi Texas nefti də bir illik fasilədən sonra dünən ilk dəfə 55 dollar həddini keçib. Lakin bazardakı neqativ əhval-ruhiyyə WTİ neftinə də mənfi təsir göstərib və səhər seanslarında bu markadan olan neftin qiyməti 52,72 dollar həddinədək ucuzlaşıb.

 

Yanvar ayında neftin qiyməti OPEK-ə üzv ölkələrin əldə olunan razılaşmaya əməl etməsindən ciddi dərəcədə asılı olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR