Qubada "QAZel" iki azyaşlı qardaşı vurdu, onlardan biri öldü
Quba rayonunda ölümlə nəticələnən ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Rustov kəndində qeydə alınıb.
“QAZel” markalı avtomaşın iki azyaşlı qardaşı vurub. Onlardan biri 4 yaşlı Qurbanov Renat Nurağa oğlu dünyasını dəyişib. Onun qardaşı 10 yaşlı Xəqani isə ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ölən azyaşlıya vaxtında tibbi yardım göstərilməyib. Təcili yardım xidmətinə müraciət olunsa da vaxtında gəlməyib. Nəticədə azyaşlı dünyasını dəyişib.
Quba MRX-dan bildirilib ki, hadisə yerinə çağırış olunan kimi təcili yardım maşını əraziyə yollanıb.
Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
1498
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1656
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1620
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1109
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1203
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1139