Şəmkirdə qonşular arasında dava: 18 yaşlı oğlan bıçaqlandı

Şəmkirdə 18 yaşlı oğlan bıçaqlanıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, rayonun Seyfəli kənd sakini 1999-cu il təvəllüdlü Mehdizadə Elmir Qasım oğlu döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

O, dərhal əməliyyat olunub. Vəziyyətini orta ağır olduğu bildirilir. Elmir Mehdizadə qonşusu olan həmyaşıdı tərəfindən mübahisə zəminində bıçaqlanıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR