İtaliyada miqrantlar üsyana başlayıb
İtaliyada qaçqın düşərgəsində üsyan olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə ölkənin şimal-şərqində vaxtı ilə hərbi bazanın yerləşdiyi Veneto əyalətində qeydə alınıb.
Miqrantlar onların sosial qayğıları ilə məşğul olan 25 əməkdaşı girov götürüb. Girovların arasında iki həkim və bir tibb bacısı da var.
Aksiya təşkil edənlər bazaya bütün giriş-çıxışları bağlayıb, işıqları söndürüb və düşərgədə istifadədə olan mebelləri yandırıblar.
Hadisə yerinə xeyli sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Girovlar sərbəst buraxılıb, etirazlar isə hələ də davam edir. Narazı miqrantlar onlara vaxtlı-vaxtında tibbi yardım göstərilmədiyini iddia edirlər.
OXŞAR XƏBƏRLƏR
13:58
1505
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1662
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1626
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1111
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1205
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1141