Gömrükçülər şokda: qadının çemodanından kişi çıxdı
İspaniya gömrükçüləri qəribə hadisənin şahidi olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ölkənin Mərakeşlə sərhədində - Seuta buraxılış məntəqəsində qadının çemodanından kişi çıxıb.
Onların hər ikisi saxlanılıb. Çemodandan çıxan şəxsin 19 yaşlı Qabon vətəndaşı olduğu müəyyən edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarını əlində böyük çemodan olan qadının əsəbi olduğu şübhələndirib. O, öz növbəsini gözləyəndə bunu açıq şəkildə büruzə verməyə başlayıb.
Bundan sonra çemodan açılıb və orada olan gənc havasızlıqdan huşsuz vəziyyətdə çıxarılıb. Həkimlər bildirib ki, vaxtında müdaxilə olmasa idi, o, bir müddət sonra öləcəkdi.
Qadının kimliyi açıqlanmır, onun qaçaqmalçı qruplaşmalardan birinin üzvü olduğu ehtimal edilir. İnsan alveri ilə də məşğul olmaqda şübhəli bilinən qadın 7 ilədək həbs cəzası ala bilər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı