"Reina" terrorunu törədən uyğur türküdür, onun ailəsi tutuldu
İstanbulda “Reina” gecə klubunda terror hadisəsini törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisəni törədən şəxsin uyğur türkü olduğu, ötən il noyabr ayında ailəsi ilə birlikdə Konyaya gəldiyi bildirilir. Onun görüntüləri də yayımlanıb.
Terrorçunun diqqət çəkməmək üçün həyat yoldaşı və iki uşağını da özü ilə gətirdiyi bildirilir.
Onun ailə üzvləri polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail, Rusiya vətəndaşları var.
OXŞAR XƏBƏRLƏR
13:58
1545
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1701
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1665
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1112
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1205
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1141