"Reina" qətliamını törədən terrorçu ərazidən belə uzaqlaşıb - KAMERA GÖRÜNTÜSÜ

Yeni il gecəsi İstanbulda terror aktı törədən şəxsin hadisədən sonrakı görüntüləri yayımlanıb.

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, ərazidə quraşdırılan müşahidə kameralarının qeydə aldığı kadrlarda sözü gedən şəxsin olaydan sonra əyləşdiyi taksinin sürücüsü ilə münahisə edib, avtomobildən düşdüyü əks olunur.

Qeyd edək ki, dekabrın 31-də naməlum şəxsin "Reina" gecə klubuna daxil olaraq atəş açması nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.  

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR