Suriya müxalifəti Astana danışıqlarına hazırlığı dondurdu
Suriya müxalifəti Astana danışıqlarına hazırlığı dondurmaq qərarına gəlib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Azad Suriya Ordusu daxil olmaqla 12 təşkilat tərəfindən yayılan bəyanatda rəsmi Dəməşqdən atəşkəs rejiminə əməl etmək tələb edilib.
“Biz 2017-ci il, yanvarın sonunda Astana şəhərində keçiriləcək danışıqlara hazırlıqla bağlı bütün əlaqələri dondururuq”, bəyanatda qeyd olunub.
Sənəddə bildirilir ki, Suriya ordusu ilə rəsmi Dəməşqi dəstəkləyən qüvvələr Hama, Deraa əyalətləri və Şərqi Quta regionunda atəşkəs rejimini dəfələrlə pozublar.
Dekabrın 29-da Suriyada münaqişə tərəfləri arasında atəşkəsin bərpa olunması ilə bağlı razılaşma imzalanıb. Atəşkəs rejimi dekabrın 30-da yerli vaxtla saat 00:00-da qüvvəyə minib. Bu ay Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya üzrə çoxtərəfli sülh danışıqlarının keçiriləcəyi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı