İŞİD Bağdadı qana boyadı: 39 ölü, 57 yaralı

İraq paytaxtında minalanmış avtomobilin partlaması nəticəsində 39 nəfər ölüb, 57 nəfər yaralanıb. 
APA TV-nin məlumatına görə, bu barədə “Reuters” İraq polisinə istinadən xəbər yayıb.

Polisin məlumatına görə, avtomobilin içərisində quraşdırılan partlayıcı qurğu insanların sıx toplaşdığı meyvə-tərəvəz bazarı və polis məntəqəsinin yaxınlığında partladılıb.  

İŞİD Bağdadda baş vermiş dəhşətli partlayışa görə məsuliyyəti üzərinə götürüb.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR