"Reina" gecə klubunda öldürülən azərbaycanlı qadının meyiti Bakıya gətirilir
İstanbulda gecə klubuna hücum zamanı öldürülən Nuranə Həsənovanın cənazəsi Azərbaycana göndəriləcək.
Bu barədə APA-ya Rusiyanın İstanbuldakı Baş Konsulluğundan bildirilib.
Qeyd edək ki, əslən azərbaycanlı olan N. Həsənova Rusiya vətəndaşıdır.
Konsulluğun əməkdaşı Sergey Romanov cənazənin Bakıya göndərilməsi üçün lazımi sənədlərin hazırlandığını bildirib: “Xarici vətəndaşların dəfn mərasimi xidmətləri ilə məşğul olan şirkət müvafiq sənədləri hazırlayacaq. Yerdə qalan sənədlər konsulluqda hazırlanacaq”.
S. Romanov qeyd edib ki, sənədlər hazır olan kimi cənazə təyyarə ilə Azərbaycana göndəriləcək.
Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.
Bu arada gecə klubuna hücum etməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb.
Bu barədə “Daily Sabah” Türkiyə Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Təkcə son bir həftə ərzində Türkiyədə İŞİD-lə əlaqəli olan onlarla adam saxlanılıb. Türkiyə Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir ki, saxlanılan 147 nəfərdən 35-i həbs edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı