FHN Xəzərdə batmaq təhlükəsi ilə üzləşən balıqçıları xilasetmə görüntülərini yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) dekabrın 30-da Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən balıqçıların xilas olunma görüntülərini yayıb.

 

Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, 30 dekabr 2016-cı ildə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizinin Abşeron rayonu Goradil qəsəbəsi sahilindən 14 km dənizə doğru ərazidə qayığın mühərrikinin sıradan çıxması və qayığa su dolması nəticəsində 2 balıqçının küləkli hava şəraitində köməksiz vəziyyətdə (batma təhlükəsi) qalması barədə məlumat daxil olub.

 

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir helikopteri cəlb edilib. Aviasiya dəstəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin birgə əməliyyatı nəticəsində mürəkkəb hava şəraitində balıqçılar xilas ediliblər. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR