Əl Bab Türkiyə və Rusiya qırıcıları tərəfindən bombalandı
Suriyanın şimalındakı Əl Bab şəhərində İŞİD terrorçularına aid mövqelər Türkiyə və Rusiyaya məxsus qırıcılar tərəfindən bombalanıb.
APA TV-nin Anadolu Agentliyinə istinadən məlumatına görə, avqustun 24-də türk ordusu və suriyalı müxaliflər tərəfindən başladılan "Fərat qalxanı" hərəkatı çərçivəsində döyüşlər davam edir.
Türkiyə Silahlı Qüvvələrinin açıqlamasında Əl Babın ələ keçirilməsi üçün havadan və qurudan planlı olaraq terrorçuların mövqelərinin bombalandığı bildirilir. Bölgədə müəyyən olunan İŞİD-ə məxsus 103 hədəf "Fırtına" topları, raketlər və tanklar vasitəsilə atəşə tutularaq zərərsizləşdirilib.
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Əl Bab, Bzagah və Tadifdəki İŞİD hədəflərini bombalayıb. Hava hərəkatı nəticəsində 8 hədəf məhv edilib. Ümumilikdə 22 terrorçu öldürülüb.
Rusiyaya aid hərbi təyyarələr də Əl Babın cənubundakı Dayr Kak bölgəsində yerləşən İŞİD mövqelərini vurub. Ərazidəki terrorçular zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı