Lənkəranda meşədə kişi meyiti tapıldı

Yanvarın 1-də səhər saatlarında Lənkəran rayonunun Ləj kəndi ərazisində kişi meyiti tapılıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, meyitin Ləj kənd sakini, 46 yaşlı Sərxan Daməd oğlu Əliyevə aid olduğu müəyyənləşib.

 

Məlumata görə, Sərxan Əliyev bir gün öncə səhər saatlarında ov etmək məqsədilə meşəyə gedib və evə qayıtmayıb.

 

Meyitin müayinəsi zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri və ya güllə izi aşkarlanmayıb. İlkin ehtimallara görə, mərhumun ürəktutmadan öldüyü bildirilir.

 

Sərxan Əliyevin ölümünün dəqiq səbəbləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin həkim-ekspertlərinin çıxaracağı yekun rəydən sonra məlum olacaq.

 

Fakta bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR