26 dəmiryolçuya yeni mənzillərin açarları təqdim olundu

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 2016 -cı ilin yekunlarına dair yığıncaq keçirilib.

 

APA TV-nin xəbərinə görə, cəmiyyətin sədri Cavid Qurbanov çıxışında prezident İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, Azərbaycanın Bakı-Tbilisi-Qars, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində "ASAN Qatar" sisteminin tətbiqi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

 

O, Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının fəaliyyətə başladığını elan edib.

 

Qeyd edək ki, Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı həftədə 2 dəfə fəaliyyət göstərəcək. Bilet satışı Naxçıvan və Culfa dəmiryol stansiyalarında həyata keçirilir. Kupe tipli müasir sərnişin vaqonları yataq dəsti ilə təmin olunub və sərnişinlərin rahatlığı üçün lazımi şərait yaradılıb. Naxçıvandan yola düşən sərnişin qatarı 1858 kilometr məsafə qət etdikdən sonra Məşhəd şəhərinə çatacaq.

 

Yığıncağın sonunda 26 dəmiryolçuya yeni mənzillərin açarları təqdim olunub.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR