Bakıda daha iki yerüstü piyada keçidi istifadəyə verildi
Bakı şəhərində daha iki yerüstü piyada keçidi istifadəyə verilib.
APA TV-nin xəbərinə görə, piyada keçidləri M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12.2-ci km-də və Bakı şəhəri Sabunçu rayonunun Şəhər şosesində inşa olunub.
Keçidlərin istifadəyə verilməsi mərasimində “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, sədr müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev, cəmiyyətin digər rəhbər şəxsləri, həmçinin rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Keçidlər avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
“Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən keçidlərin dayaqları dəmir-beton, aşırım hissələri isə metal konstruksiyadan ibarətdir. Hər ikisinin pilləkən hissədən ibarət 2 giriş-çıxışı mövcuddur.
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12.2-ci km-də inşa edilən keçidin aşırım hissəsinin uzunluğu 44.8 metr, pilləkən hissəsinin uzunluğu 20 metr olmaqla, ümumi uzunluğu 64.8 metr təşkil edir. 1 aşırımlı (orta dayaqsız) keçidin qalereyasının eni 4 metr, yol səthindən hündürlüyü isə 5.5 metrdir. Layihə çərçivəsində keçidin yanında vətəndaşların rahat şəkildə avtobuslardan istifadə etməsi üçün 2 ədəd dayanacaq inşa olunub.
Qeyd edək ki, keçidin tikintisinə cari ilin iyun ayında başlanılıb.
Bakı şəhəri Sabunçu rayonunun Şəhər şosesində inşa edilən keçidin aşırım hissəsinin uzunluğu 42.3 metr, pilləkən hissəsinin uzunluğu 32.7 metr olmaqla ümumi uzunluğu 75 metr təşkil edir. 2 aşırımlı (orta dayaqlı) keçidin qalereyasının eni 4 metr, yol səthindən hündürlüyü isə 5.5 metrdir.
Müntəzəm sərnişin daşıması ilə məşğul olan avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışı təmin etmək məqsədilə keçidin yerləşdiyi ərazidə yol hər bir istiqamət üzrə genişləndirilərək əlavə hərəkət zolaqları yaradılıb, yeni piyada səkiləri inşa edilib.
Cari ilin sentyabr ayında başlanılan tikinti işləri tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Qeyd edək ki, hazırda Bakı şəhəri ərazisində 11 yerdə yeraltı və yerüstü piyada keçidlərinin inşası aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı