Diasporla İş üzrə Dövlət Komitəsi Fəxri Xiyabanı ziyarət edib
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
APA TV-nin xəbərinə görə, məzarlar önünə əklil qoyulub.
Komitə sədri Nazim İbrahimov bildirib ki, dünya azərbaycanlılarının koordinasiya mərkəzlərinin yaradılması davam edir və bu, Azərbaycan prezidenti İlham Əliyevin xüsusi diqqətindədir: “Hətta bununla bağlı Azərbaycan dövləti tərəfindən geniş maliyyə imkanları da yaradılıb. Biz prezidentin tapşırığı əsasında dünyadakı diaspor təşkilatlarımıza bu və digər aspektlərdə dəstək veririk. Belə fəaliyyət nəticəsində artıq Azərbaycan diasporu nəinki erməni lobbisinə layiqli cavab verir, bir çox yerlərdə onları üstələyərək qabağa gedir”.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı