Göyçayda yaşayış evi yandı
Göyçayda yaşayış evində yanğın baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13.00 radələrində Ləkçılpaq kəndində qeydə alınıb.
Kənd sakini, 1969-cu il təvəllüdlü Həmidov Sadıq İsmayıl oğluna məxsus, ümumi sahəsi 260 kv. metr olan, 4 otaqlı evdə başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub.
Mənzilin 90 kv. metr olan iki otağı içindəki əşyalarla birgə yanıb. Qalan hissə yanğından mühafizə olunub.
İki ailənin yaşadığı evdə baş verən hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
1557
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1714
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1678
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1114
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1208
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1144