Lənkəranda ikimərtəbəli evin birinci mərtəbəsi yandı
Lənkəranda fərdi yaşayış evində yanğın olub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə dekabrın 30-da rayonun Liman şəhər sakini, 22 yaşlı Mehriban Qurbanovaya məxsus ikimərtəbəli evdə qeydə alınıb.
Yanğın barədə “101” xidmətinə məlumat daxil olan kimi hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə güclü alov dalğasının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev sahibi sifətindən yüngül yanıq xəsarəti alıb, həmçinin ümumi sahəsi 200 kv. m olan mənzilin birinci mərtəbəsində iki otaq və aynabənd içindəki məişət əşyaları ilə birlikdə 70 kv. metr ərazidə yanaraq yararsız vəziyyətə düşüb.
İlkin versiya kimi yanğının evdə qurudulmaq üçün asılmış paltarların sobanın üstünə düşərək alışması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı