MTN generallarının həbs müddəti uzadıldı

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

 

APA-nın əldə etdiyi məlumata görə, onların barələrində olan həbs-qətimkan tədbirinin müddəti 2017-ci il fevral ayının 17-dək artırılıb.

 

Qeyd edək ki, adı çəkilən şəxslərin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Cinayət işi baxılmaq üçün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatına verilib. İş üzrə məhkəmə prosesi gələn il yanvarın 19-da başlayacaq. Proses Yasamal rayon Məhkəməsində keçiriləcək.


Həmin şəxslərlə yanaşı, MTN generalı Natəvan Mirvətova da məhkəmə qarşısına çıxarılacaq. Onun barəsində istintaq dövründə həbs-qətimkan tədbiri seçilməyib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR