Goranboyda yanğın: pul və qızıllar yandı

Goranboyda yaşayış evi yanıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində Laçın rayonundan məcburi köçkün olan Soltan Cəfərova məxsus evdə baş verib.

 

Yanğın ev sahibləri evdə olmadığı vaxt qeydə alınıb. Tez bir zamanda şiddətlənən alov ətrafı bürüdüyündən, qonşular yanğınsöndürənləri hadisə yerinə çağırıblar. Xocalı şəhər Yanğından Mühafizə Hissəsinin əməkdaşları alovu ram edərək, digər tikililərə keçməsinin qarşısını alıb.

 

Yanğın zamanı 48 kv. metrlik ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Ev sahibi yanan mənzildə müəyyən miqdarda pul və qızıl-zinət əşyalarının da yandığını bildirib. Hadisə ilə bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR