Bütün valyutalar bahalaşdı - İLİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin xəbərinə görə, ABŞ dollarının məzənnəsi 29 dekabr tarixi ilə müqayisədə artaraq 1,7707 manat təşkil edib.

 

Avro da manata nisbətən bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,8644 manatdır.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1745 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində artım baş verib.

 

Rusiya rublu, türk lirəsi və gürcü larisi də manat qarşısında möhkəmlənib. Açıqlanan rəsmi kursa əsasən, 1000 rus rublu 29 manat 30 qəpik, 100 türk lirəsi 50 manat 23 qəpik, 100 gürcü larisi 66 manat 63 qəpikdir.

 

Mərkəzi Bank xarici valyutaların məzənnələrinin həftə içi hər gün yeniləyir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR