ABŞ və Rusiya arasında yeni qalmaqal: 35 rusiyalı diplomat ABŞ-dan qovulur

ABŞ prezident seçkiləri kampaniyası dövründəki haker hücumlarını əsas gətirərək Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Sanksiya siyahısına Federal Təhlükəsizlik Xidməti, Rusiya Federasiyası Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi və 6 fiziki şəxs daxil edilib. ABŞ Dövlət Departamenti Vaşinqton və San Fransiskoda işləyən 35 rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib və onlara ölkəni tərk etmək üçün 72 saat vaxt verilib.

 

ABŞ prezidenti Barak Obama bu addımı “vacib və Amerikadakı seçkilərə qarşı kiberəməliyyatlara adekvat cavab” adlandırıb. O, bildirib ki, Milli Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqatlar Bürosu kiberhücumlarla bağlı əldə etdiyi məlumatları açıqlayacaq.

 

Kreml isə ABŞ-ın sanksiyalarını əsassız hesab edir və Rusiyanın ünvanına ittihamları qəbul etmir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, deyib ki, ABŞ-a adekvat cavab veriləcək.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR