"Çövkən" Milli Atüstü oyunu üzrə Prezident Kubokunun final mərhələsi keçirilib

Respublika Atçılıq Federasiyası Binə Atçılıq Mərkəzində "Çövkən" Milli Atüstü oyunu üzrə Prezident Kubokunun final mərhələsi keçirilib. APA TV-nin  məlumatına görə,  yarışlarda "Polad", "Sərhədçi", "Köhlən", "Qarabağ" və "Dilboz" komandaları kubok üzrə mübarizə aparıb.

 

Üçüncülük yarışında "Qarabağ" "Köhlən"i 2:0 hesabı ilə məğlub edərək üçüncü olub. Final görüşündə isə "Polad" və "Sərhədçi" komandaları üz-üzə gəlib. Görüş "Sərhədçi"nin 1:0 qələbəsi ilə yekunlaşıb və komanda turnirin qalibi olub.

 

Qalibləri Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev mükafatlandırıb. Birinci yerin sahibinə kubok və medal, ikinci və üçüncü yerin sahiblərinə isə medallar təqdim edilib. Turnirin mükafat fondu 50 min manatdır.

 

Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyevin verdiyi məlumata görə?

yarışda ümumilikdə 24 region komandası iştirak edib və yarışda 8 qalib yer müəyyən edilib. Həmin komandalar Bakıda keçirilən final mərhələsində iştirak hüququ qazanıblar. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR