"Üzeyir Hacıbəyli - 130" musiqi albomunun təqdimatı keçirildi
Bakı Musiqi Akademiyasında "Üzeyir Hacıbəyli - 130" musiqi albomunun təqdimatı keçirilib.
APA TV-nin məlumatına görə, akademiyanın prorektoru Yeganə Axundova bildirib ki, toplu bir neçə il öncə başlanan mədəni layihə çərçivəsində işıq üzü görüb.
Layihənin musiqi rəhbəri Vüqar Hümbətovdur. O qeyd edib ki, albom Azərbaycan prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə işıq üzü görüb. Topluda 14 əsər yer alıb. Bu əsərlər BMA və Azərbaycan Milli Konservatoriyası məzunlarının ifasında lentə alınıb. Diskin özəlliklərindən biri bəzi ifaların məhz milli musiqi alətlərində səsləndirilməsidir. Musiqi albomunun giriş hissəsində Üzeyir bəy haqqında Azərbaycan və ingilis dilində qısa informasiya verilib. Digər səhifələrdə dünya şöhrətli insanların Üzeyir bəy haqqında dediyi kəlamlar, həmçinin, himnin sözləri və 1 səsli not nümunəsi yer alıb.
Tədbirin sonunda diskdə ifası yer alan gənclər konsert proqramı ilə çıxış ediblər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı