Lənkəranda bayram yarmarkası keçirilib

Bu gün Lənkəran şəhərinin dəmiryol vağzalyanı meydanında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası keçirilib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşəbbüsü  ilə təşkil olunan və səhər saatlarından başlayan yarmarkaya əhalinin tələbatına müvafiq olaraq 450 tondan artıq məhsul çıxarılıb.

 

Bayram yarmarkasında respublikasının ayrı-ayrı rayonlarından 30 şirkət iştirak edib. Ekoloji cəhətdən təmizliyi ilə seçilən məhsulların qiymətinin bazar qiymətindən 20-30%  aşağı olması rayon sakinləri tərəfindən razılıqla qarşılanıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR