Lənkəranda keçmiş məhkumdan külli miqdarda tiryək götürüldü

Lənkəranda keçmiş məhkumdan külli miqdarda narkotik vasitə olan tiryək və güclü təsiredici maddə tutulub.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının bu gün həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonunun Digah kənd sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Yalçın Güləhməd oğlu Məmmədovun idarə etdiyi minik avtomobili saxlanılıb.

 

Yoxlama zamanı avtomobildən və sürücünün yanındakı sərnişin, Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Əbülfəz Xanağa oğlu Cəbiyevin üzərinə baxış zamanı 2 kiloqramdan çox tiryək və 146 ədəd plastik qutuda güclü təsiredici maddə “Maytreks” həbi aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

İlkin ifadəsində Ə.Cəbiyev narkotikin ona Astara rayonunda tanımadığı şəxs tərəfindən verildiyini, Y.Məmmədov isə bu işdə yalnız sürücü qismində iştirak etdiyini bildirib.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR