Türkiyə və Rusiya bu gecə Suriyada atəşkəs elan edəcək

Türkiyə ilə Rusiya Suriyada tərəflərə təqdim olunacaq atəşkəs təklifində razılığa gəlib.

 

APA TV-nin məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov atəşkəs planı ilə bağlı telefonla əlaqə saxlayıblar.

 

Plana görə, iki ölkə atəşkəs məsələsində hərəkətə keçəcək, gələn ay Qazaxıstanın paytaxtı Astanada sülh danışıqları başlayacaq. Danışıqlarda İran, Səudiyyə Ərəbistan və Qətər də iştirak edəcək.

 

Ankara və Moskva qərara gəlib ki, razılaşma çərçivəsində döyüşən tərəflər arasında atəşkəsə bu gecə yarısından riayət olunmağa başlansın. Ancaq terror təşkilatları atəşkəsin əhatə xaricində qalacaq.

 

Qeyd edək ki, Türkiyə Suriyada daimi atəşkəs üçün rusiyalı rəsmilərlə müxaliflərin Ankarada görüşünü təşkil edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR