Oğuzda maşın ağaca çırpıldı: ölən və yaralanan var
Oğuzda baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə dekabrın 27-də axşam saatlarında rayonun Top kəndinə gedən avtomobil yolunda baş verib.
Tovuz rayonunun Ərmənət kənd sakini, 1990-cı il təvəllüdlü Şahmar Adil oğlu Musayev idarə etdiyi “VAZ-21093” markalı 10 BU 041 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşını yolun kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində Ş.Musayev və onun həmkəndlisi olan sərnişini, 1992-ci il təvəllüdlü Toğrul Sadəddin oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Oğuz Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.
Xəstəxanadan APA TV-yə bildirilib ki, Ş.Musayevin vəziyyəti ağır olduğundan, ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. T.Əliyev isə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Şəki MRX-dan APA TV-yə verilən məlumata görə, kəllə-beyin travması diaqnozu və travmatik şok vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən T.Əliyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya daxil olduqdan iki saat sonra ölüb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı