Türkiyə prezidenti: "Ordu Suriyadan çıxmayacaq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında həyata keçirilən "Fərat qalxanı" əməliyyatı ilə bağlı açıqlamalar verib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, Ərdoğan İŞİD-in Əl-Baba canlı bombalar göndərdiyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.


"Belə bir planın olub-olmaması bizi narahat etmir, biz bu yoldan dönməyəcəyik. Hazırda Türk ordusu Əl-Babda İŞİD-i dörd tərəfdən mühasirəyə alıb. Şəhidlər vermişik, kədərimiz böyükdür. Geriyə isə yolumuz yoxdur. Biz orda terrordan uzaq, sığortalanmış bir bölgə yaradılmasında maraqlıyıq. Təhlükə altında yaşayan vətəndaşlarımıza "dövlət haradadır, hökumət haradadır?" sözlərini dedirtməmək üçün əlimizdən gələni edəcəyik".
 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR