Səudiyyədə eyş-işrət məclisi - POLİS BASQIN ETDİ
Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri olan Ciddədə polis kişili-qadınlı içki məclisi keçirilən evə basqın edib.
APA TV-nin məlumatına görə, əyləncə məclisindən görüntülər "Youtube"yə yüklənən kimi polis fəaliyyətə keçib.
Videoda içki içdikləri, yarı-çılpaq olduqları görünən gənclər saxlanılıb. Şəriət qaydaları ilə idarə olunan ölkədə kişili-qadınlı spirtli içki məclisi keçirmək böyük günahdır.
Videodan göründüyü kimi, gənclər ərəb musiqisinin sədaları altında rəqs edir, içki içir, əylənir. Polis məclis iştirakçılarını dindirməyə başlayıb. İçki məclisinin təşkilatçısı hesab olunan İordaniya vətəndaşı isə sərhədi keçmək istəyərkən saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
13:58
1615
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1770
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1736
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1118
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1212
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1148