Görkəmli neftçi Fərman Salmanovun 85 illik yubileyi qeyd olundu
Bakı Ali Neft Məktəbində görkəmli geoloq, Sosialist Əməyi Qəhrəmanı, geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanovun 85 illik yubileyi qeyd olunub.
APA TV-nin məlumatına görə, konfransda çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasimov F.Salmanovun həyat və fəaliyyəti ilə bağlı məlumat verib.
Tələbələrə elm və təhsillə yanaşı, neft-qaz, kimya sənayesi üzrə alimlərin tanıdılmasının da vacib olduğunu deyən rektor əlavə edib ki, Fərman Salmanov Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş alim kimi tarixə düşüb. Bu fəaliyyətinə görə onun Sibirdə heykəli də qoyulub.
SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov isə bildirib ki, hələ cavan yaşlarından keçmiş SSRİ-də ən mühüm layihələrdən birini uğurla yekunlaşdıran F.Salmanovun gözəl ideyaları olub və onlara nail olmaq üçün böyük cəhdlər edib.
Konfransda F.Salmanovun həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı