Salyanda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Salyanda bir ailənin 5 üzvü dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Təzəkənd kəndində baş verib.

 

Kənd sakinləri - 46 yaşlı Şahmarov Rahil Əlif oğlu, 17 yaşlı Şahmarov Əlifxan Rahil oğlu, 81yaşlı Şahmarova Mülayim Soltan qızı, 44 yaşlı Şahmarova Gülşən Bahadur qızı və 18 yaşlı Şahmarova Nüranə Rahil qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Ağır vəziyyətdə olan ailə üzvlərindən ikisi reanimasiya şöbəsində, digərləri isə palatalarda nəzarət altında saxlanılır.

 

İntensiv yardım alan  4 ailə üzvü evə buraxılıb, Mülayim Şahmarovanın müalicəsi isə davam etdirilir.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR