Hacıqabulda “MilliÖN” terminalı qarət edildi - KAMERA GÖRÜNTÜSÜ

Hacıqabulda “MilliÖN” terminalından pul oğurlanıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərinin H.Həmidov küçəsindəki ticarət mərkəzinin ərazisində gecə saatlarında baş verib.

 

Maskalı şəxs terminalın yerləşdiyi otağa girmək üçün arxa tərəfdən divarı deşərək ora daxil olub. Daha sonra dəmir linglə terminalı sındırıb və oradakı pul sandığını özü ilə aparıb. Terminalın sandıqçasında 3 min manatdan çox pul olub. Maskalı şəxsin oğurluq anı kameranın görüntülərinə düşüb.

 

Hacıqabul Rayon Polis Şöbəsində oğurluq edən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR