Fransadakı yəhudilər İsrailə çağırıldı - SƏBƏB
İsrailin müdafiə naziri Aviqdor Liberman Fransada yaşayan yəhudiləri bu ölkəni tərk etməyə çağırıb.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, nazir bu açıqlamanı Parisdə keçiriləcək Yaxın Şərq sülh konfransı ərəfəsində səsləndirib: “Fransada yaşayan yəhudilərə bura sizin ölkəniz və sizin torpağınız deyil, oranı tərk eləmək zamanıdır deməyin vaxtı çatıb”.
A.Liberman qeyd edib ki, keçiriləcək konfrans İsrailə qarşı tribunaldır.
Qeyd edək ki, gələn ilin yanvarında Parisdə Fələstin-İsrail münaqişəsinin həlli prosesinin bərpasına yönəlmiş çoxtərəfli forum keçiriləcək. İsrail konfransda iştirakdan imtina edib və Fransanı konfransı ləğv etməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR
13:58
1646
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1800
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1766
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1120
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1214
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1150