Xaçmazda iki oğurluq faktının üstü açıldı
Xaçmaz rayonu ərazisində baş verən iki oğurluq faktının üstü açılıb.
APA TV-nin şimal bürosunun məlumatına görə, dekabrın 19-da rayonun Gəncəli kənd sakini Xeyrulla Əmirova məxsus, dəyəri 320 manat olan fındığı oğurlamaqda ittiham olunan rayon sakinləri saxlanılıb.
Müstəntiq Sail Tağıyevin sözlərinə görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin həmkəndlisi, 28 yaşlı Sahib Zeynalov və Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakini, 29 yaşlı Yaşar Nəcəfov saxlanılıb.
Hər iki şəxs əvvəllər məhkum olunub.
Xaçmaz polisi müxtəlif vaxtlarda avtomobillərin akkumulyatorunu oğurlanmasında şübhəli bilinən şəxsi də müəyyənləşdirib. Xaçmaz rayonunun Nərəcan kənd sakini, 21 yaşlı Elşad Fətəliyev keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hər iki faktla cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı