Biləsuvarda 28 yaşlı çoban qətlə yetirildi
Biləsuvarda qətl törədilib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Muğan adlanan Obalıq ərazisində qeydə alınıb.
Əslən Yardımlı rayonunun Alar kəndindən olan 28 yaşlı Nabil İlham oğlu Rəhmanov mal-qarasını otarmaq üçün sübh tezdən evdən gedib. Günorta saatlarında isə onun evə qayıtmadığını görən yaxınları Nabilin axtarışına başlayıblar. Nabilin meyiti qonşu ərazidəki çobanın həyətində tapılıb.
Hadisə yerinə dərhal rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Nabil Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Mərhumun atasının qənaətincə, oğlunu həmkəndliləri bıçaqlayaraq qətlə yetirib.
Kənd sakinləri Fəqan Orucəliyevlə onun bacısı Dilarə Orucəliyeva şübhəli şəxs qismində polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı