Bakıda qaz kəmərində partlayış: yanğın başlayıb

Bakıda qaz kəmərində partlayış olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Ələt yolunun 43-cü km-liyində qeydə alınıb.

 

Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR