Neftin qiyməti 56 dollara yaxınlaşır
Dünya bazarlarında xam neftin qiyməti stabilləşməkdədir.
APA TV-nin məlumatına görə, səhər seanslarında "Brent" markalı neft 55,81 dollardan təklif olunur. Bu markadan olan neft ötən gün səhər satışlarında 55,90 dollardan satılırdı. Günün sonunda 55,94 dollara yüksələn qiymətlər yenidən ucuzlaşıb.
Qərbi Texas neftinin qiyməti də stabilləşir. Gün ərzində 53,25 dollara yüksələn WTİ nefti səhər seanslarında 53,08 dollardan təklif olunur.
OPEK və 11 qeyri-kartel ölkəsi yanvar ayından hasilatı gündəlik təxminən 1,8 milyon barel azaltmaq barədə razılığa gəlməsi neftin qiymətlərinin yüksəlməsinin əsas səbəbidir. Razılaşmadan əvvəl xüsusi yanaşma tələb edən İraqın neft naziri Cabbar Əl-Luaibi anlaşmaya tam əməl edəcəklərini açıqlayıb. Yeni il bayramı ilə bağlı istehsal müəssisələrinin işlərini azaltmasına görə qiymətlərdə kiçik ucuzlaşmanın qısa sürəcəyi gözlənilir. Bundan sonra neftin yenidən bahalaşacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı