FES uçot dərəcəsini azalda bilər
İki həftə öncə uçot dərəcəsini artıran Federal Ehtiyat Sistemi yaxın zamanda faiz dərəcəsini endirə bilər.
APA-nın məlumatına görə, bunu "The James Rickards Project"in təsisçisi və baş icraçı direktoru Cim Rikards CNBC telekanalına bildirib.
C.Rikards qeyd edib ki, yeni seçilmiş prezident Donald Trampın iqtisadi canlandırma proqramı nəticəsiz qalacaq. "Bu isə FES-in siyasətini alt-üst edə bilər. Nəticədə bazarda, o cümlədən dolların məzənnəsində korreksiyanın vacibliyi zərurəti yaranacaq. Ya ressesiyaya doğru getməlisiniz, ya da siyasətinizi tənzimləməlisiniz", - deyə ekspert izah edib.
Qeyd edək ki, dekabrın 14-də ikigünlük iclasın ardından FES-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsi uçot dərəcəsini 0,25 faiz artıraraq 0,5-0,75 faizə çatdırıb. Bunun ardınca bəyan edilib ki, 2017-ci ildə uçot dərəcəsi üç dəfə artırıla bilər. Sentyabr ayında isə bildirilirdi ki, gələn il uçot dərəcəsi iki dəfə artırılacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı