Dollar və rubl dəyişmədi, avro ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dekabrın 26-sı ilə müqayisədə dəyişməyərək 1,7622 manat təşkil edib.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8400 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1623 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində azalma baş verib.


Rusiya rublunun məzənnəsi dəyişməyib, Türkiyə lirəsi ucuzlaşıb, Gürcüstan larisi isə bahalaşıb. Hazırda 1000 rubl 28 manat 90 qəpik, 100 türk lirəsi 50 manat 13 qəpik, 100 gürcü larisi 65 manat 46 qəpikdir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə üç günlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR